"Atalanta"dan 17 milyon avroluq transfer

19:49 - 27 Avqust 2022

İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Berqamo təmsilçisi "Şturm Qrats"dan Rasmus Höylundu transfer edib. Bu barədə klubun mətbuat xədməti məlumat yayıb.

 

"Atalanta" 19 yaşlı hücumçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb. A Seriyası təmsilçisinin danimarkalı gənc forvard üçün Avstriya klubuna 17 milyon avro ödədiyi bildirilir.

Xəbər xətti