Renat oynadı, komandası uduzdu

10:26 - 28 Avqust 2022

İsveçrə çempionatında 6-cı turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin forvardı Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” növbəti oyununu keçirib.

Onlar səfərdə “Servett”lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Renat 75-ci dəqiqədə əvəzlənib.

​“Qrasshopper” hazırda 9 xalla 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti