PSJ-dən İspaniya klubuna

11:38 - 28 Avqust 2022

"Atletik" PSJ-nin futbolçusu Ander Herreranı icarəyə götürüb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris klubunda oynamaq şansı tapmayan 33 yaşlı yarımmüdafiəçi Bilbaoya qayıtmağa qərar verib.

Bir illik icarə müddətindən sonra "Atletik" futbolçunun transfer hüququna sahib çıxa biləcək.

33 yaşlı futbolçu 2011-2014-cü illərdə “Atletik”də çıxış edib. Sonradan isə o, “Mançester Yunayted”ə keçmişdi. 2019-cu ildə isə PSJ ilə müqavilə imzalayıb.

Xəbər xətti