Paytaxt klubu ispaniyalı müdafiəçi ilə anlaşdı

12:54 - 28 Avqust 2022

"Tottenhem"dən ayrılan Serxio Regilon İspaniyada oynayacaq.

Sportal.az "AS"a istinadən xəbər verir ki, "Atletiko" müdafiəçini bir mövsümlük icarəyə götürüb.

2020-ci ildə "Real"dan "Tottenhem"ə transfer olmuş ispan London klubunda 67 oyunda 2 qol vurub, 9 assist edib. 

Xəbər xətti