"Napoli"nin keçmiş çalışdırıcısı Andrea Aqostinelli "Mançester Yunayted"in forvardı Kriştiano Ronaldonun Neapol klubuna mümkün keçidinə münasibət bildirib.
Sportal.az "Tutto Mercato Web"ə istinadən xəbər verir ki, Aqostinelli portuqaliyalı forvard haqda belə danışıb:
"Ronaldo çox eqoistdir, Luçano Spalettiyyə belə problem lazımdı? Əminəm ki, "Napoli"nin baş məşqçisi onu komandasında görmək istəmir".
