"Atletiko"dan Premyer Liqa klubuna

14:33 - 28 Avqust 2022

"Atletiko"nun müdafiəçisi Renan Lodi İngiltərə Premyer Liqasında oynayacaq.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Lodi "Nottingem Forest"lə anlaşıb.

İngiltərə klubu braziliyalının bir illik icarə müddəti üçün 5 milyon avro ödəyəcək. 

"Nottingem Forest" mövsüm sonunda Renanın transfer hüququna sahib çıxmaq üçün 30 milyon avro ödəməli olacaq.

24 yaşlı futbolçu 2019-cu ildə “Atletiko Paranaense”dən “Atletiko”ya keçmişdi.

Xəbər xətti