"Mançester Yunayted" 100 milyonluq futbolçu ilə müqavilə imzaladı

13:20 - 1 Sentyabr 2022

"Mançester Yunayted" "Ayaks"dan heyətinə qatdığı Antoni ilə münasibətləri rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" braziliyalı hücumçu ilə 5+1 illik müqavilə imzalayıb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, "Mançester Yunayted" Antonini "Ayaks"dan 95+5 milyon avro qarşılığında rənglərinə bağlayıb.

 

Image of Antony signing a contract in front of the United sponsors backdrop.

Xəbər xətti