"Mançester Siti" "Borussiya"dan müdafiəçi aldı

14:08 - 1 Sentyabr 2022

İngiltərənin "Mançester Siti" klubu növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Manuel Akanjini transfer edib. Bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

 

"Mançester Siti" isveçrəli futbolçu ilə 5 illik müqavilə imzalayıb. 27 yaşlı oyunçu yeni klubunda 25 nömrəli forma ilə çıxış edəcək. "Mançester Siti" bu keçid üçün Dortmund təmsilçisinə 17,5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Manuel Akanji "Borussiya"ya 2018-ci ilin yanvar ayında "Bazel"dən transfer olunmuşdu. O, Almaniya klubunun heyətində son mövsümdə meydana çıxdığı 36 oyunda 1 qol vurub.

Xəbər xətti