Futbol üzrə Azərbaycan I Divizionunda 2-ci turun oyunları başa çatıb.
Sportal.az xəbər verir ki, "Şamaxı-2" doğma meydanda "Qəbələ-2"ni qəbul edib. 5 qolun vurulduğu qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
"Şamaxı-2" – "Qəbələ-2" 3:2
Qollar: Sadiq Hüseynli, 64. Kamran Quliyev, 66. Asim Əlizadə, 70-pen – Xəyal Xudaverdiyev, 11. Gülağa Əsədov, 89.
saytlarin hazirlanmasi