"Lester Siti" belçikalı müdafiəçi transfer etdi

15:33 - 1 Sentyabr 2022

Uesli Fofananı "Çelsi"yə satan "Lester Siti" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İngiltərə klubu "Reyms"dən Vout Faesi transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Belçikalı futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. "Lester Siti" 24 yaşlı müdafiəçi üçün Fransa klubuna 17 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Vout Faes "Reyms"ə 2020-ci ilin yayında Belçikanın "Oostende" klubundan transfer olunub. O, Liqa təmsilçisinin heyətində meydana çıxdığı 77 matçda 5 qol vurub.

Xəbər xətti