"Arsenal" Ektor Bellerinin müqaviləsinə xitam verməyə hazırlaşır.
Sportal. "ESPN"ə istinadən xəbər verir ki, London təmsilçisi onunla müqaviləyə xitam verərsə, müdafiəçi azad agent statusu ilə "Barselona"ya keçə bilər.
Bellerin Kataloniya klubu ilə şəxsi razılıq əldə edib.
Futbolçunun "Arsenal"la müqaviləsi 2023-cü ildə sona çatacaq.
27 yaşlı futbolçu “Barselona” yetirməsidi. O, “Arsenal”la yanaşı “Uotford” və “Betis”də də oynayıb.
