"O, cərimə meydançasının daxilində qarşısıalınmazdı"

19:17 - 1 Sentyabr 2022

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 5-ci turunun "Nottingem Forest"lə (6:0) matçından sonra yerli mətbuata danışıb.

Sportal.az xəbər verir ki, "BBC"ə danışan ispaniyalı mütəxəssis bu matçda het-trik edən Erlinq Haaland barədə də fikirlərini söyləyib:

"Hücumçumuzun sayəsində oyun bizim üçün əla alındı. Bilirəm ki, Erlinq qollar vurmağı, qalib gəlməyi çox istəyir. Haaland hər komponentdə rəqiblərindən güclüdü. O, cərimə meydançasının daxilində həqiqətən qarşısıalınmazdı".

Xatırladaq ki, norveçli forvard bu yay "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçmişdi.  

Xəbər xətti