Portuqaliyanın "Benfika" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi PSJ-dən Julyan Draksleri heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya millisinin üzvü 2022/2023 mövsümün icarə əsasında "Benfika"da keçirəcək. 28 yaşlı vinger yeni klubunda 93 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Julyan Draksler PSJ-yə 2017-cil ilin yayında "Volfsburq"dan transfer olunub. Təcrübəli yarımmüdafiəçi Paris təmsilçisinin heyətində meydana çıxdığı 198 matçda 26 qol və 41 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
