Millimizdən 6 qollu qələbə

10:25 - 2 Sentyabr 2022

Çimərlik futbolu üzrə Azərbaycan millisi Dünya Çimərlik oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Norveç millisi ilə üz-üzə gələn yığmamız 6:3 qələbə qazanıb.

Millimizin heyətində Comərd Baxşəliyev (3), İsa Zeynallı, Orxan Məmmədov və Amid Nəzərov fərqlənib.

Millimiz Dünya Çimərlik oyunlarında sentyabrın 3-də 9-10-cu yerlər uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.

Xəbər xətti