"Qarabağ"ın rəqibi 4,4 milyon avro ödədi

11:09 - 2 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" yeni transferini açıqlayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa klubu "Lans"dan İqnatius Qanaqonu transfer edib. 

23 yaşlı kamerunlu forvardla 4 illik müqavilə imzalanıb. "Qarabağ"ın rəqibi bu transfer üçün "Lans"a 4,4 milyon avro ödəyib.

Xatırladaq ki, “Qarabağ” “Nant”la evdə sentyabrın 15-də, oktyabrın 27-də isə səfərdə üz-üzə gələcək.

Xəbər xətti