Azərbaycan millisi Malta səfərində

12:40 - 2 Sentyabr 2022

Bu gün qadınlardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsinin E qrupunda növbəti oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun komandası Malta ilə üz-üzə gələcək.

Bakıda keçirilmiş matçda rəqibinə 1:2 uduzan yığmamız səfərdə revanş almağa çalışacaq.

21:30 Malta - Azərbaycan
Ta Qali, "Sençeneri" stadionu
Baş hakim: Silviya Qasperotti (İtaliya)

Xəbər xətti