Çempionlar Liqasının təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” matçında zədələnərək meydandan çıxan Kevin Medina hələ də Ağdam klubuna kömək edə bilmir.
Sportal.az xəbər verir ki, Almaniyada əməliyyat edilən və Portuqaliyada bərpa prosesi keçən müdafiəçinin bu ay komandaya qoşulacağı ehtimal edilir. Medina instaqram hesabında paylaşım edərək bu cür yazıb:
“Geri qayıdıram”(İ am coming back).
