"Barselona" yetirməsini geri qaytardı

13:14 - 2 Sentyabr 2022

"Barselona" yetirməsini transfer edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya klubu Hektor Bellerini heyətinə qatıb.

İspaniyalı sağ cinah müdafiəçisi 16 yaşında 500 min avroya "Arsenal"a keçmişdi. 27 yaşlı müdafiəçi 11 il sonra yetirməsi olduğu kluba azad agent kimi qayıdıb. Onunla bir illik müqavilə imzalanıb. 


O, son mövsümü "Betis"də icarə əsasında keçirmişdi.

Xəbər xətti