"Everton" yeni transferi gerçəkləşdirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd klubu "Mançester Yunayted"dən Ceyms Qarnerlə anlaşıb.
21 yaşlı futbolçu "Everton"la 4 illik müqavilə imzalayıb.
Qarnerə görə Mersisayd klubu 17,4 milyon avro ödəyib.
