"Çelsi" Markos Alonso ilə yolları ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" ispaniyalının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Onun yaxın saatlarda "Barselona"ya keçəcəyi gözlənilir.
31 yaşlı futbolçu 2016-cı ildə "Fiorentina"dan "Çelsi"yə keçmişdi.
