İngiltərənin "Lids Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sürix"in hücumçusu Vilfred Qrontonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Lids Yunayted" 18 yaşlı forvardla 5 illik müqavilə imzalayıb. İtaliya yığmasının üzvü yeni klubunda 29 nömrəli forma ilə çıxış edəcək. İngilislər gənc oyunçu üçün İsveçrə klubuna 4,5 milyon avro ödəyib.
Qeyd edək ki, Vilfred Qronto "Sürix"ə 2020-ci ilin yayında "İnter"in U-19 komandasında transfer olunmuşdu. O, cari mövsümdə Çempionlar Liqası II təsnifat mərhələsinin matçlarında "Qarabağ"a qarşı oynayıb.
saytlarin hazirlanmasi
