"Benfika" ilə müqaviləsi başa çatan Yan Vertongenin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, belçikalı mərkəz müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. 35 yaşlı futbolçu "Anterlext"lə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Yan Vertongen "Benfika"ya 2020-ci ilin yayında "Tottenhem"dən transfer olunmuşdu. Təcrübəli futbolçu Portuqaliya klubunun heyətində meydana çıxdığı 89 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
