"Qalatasaray" İkardi transferini bitirir

21:33 - 2 Sentyabr 2022

Türkiyənin "Qalatasaray" klubu heyətini ulduz futbolçu ilə gücləndirmək üzrədir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin hücumçusu Mauro İkardini transfer edəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

 

"Sarı-qırmızılar" 29 yaşlı forvardı icarə əsasında heyətinə qatacaq. Aregntinalı futbolçu 2022/2023 mövsümünü "Qalatasaray"da keçirəcək.

 

Mauro İkardinin illik 8,2 milyon avro olan maaşının 3,5 milyon avrosunu "cim bom", digər hissəsini isə PSJ ödəyəcək. Tərəflər arasında əldə olunan razılıqda satınalma bəndi yoxdur. Rəsmi açıqlamanın 2-3 gün ərzində ediləcəyi gözlənilir.

Xəbər xətti