Millimizin üzvü İspaniya klubunda yoxlanışda

22:49 - 2 Sentyabr 2022

Azərbaycan Basketbol Federasiyasında ölkə basketbolunun inkişafına dair işlər görülməkdə davam edir.

 

Sportal.az xəbər verir ki, federasiyanın dəstəyi ilə gənclərdən ibarət yığma komandamızın üzvü Hüseyn Qaflanov İspaniyanın "Valensiya Basket" klubunda yoxlanışdadır.

 

İspanyalı seleksionerlərin diqqətini cəlb edən 14 yaşlı, 2.06 m boya malik olan gənc istedad Hüseyn hal-hazırda klubun yoxlanış məqsədi daşıyan təlim-məşq toplanışında iştirak edir.

Xəbər xətti