Futbol üzrə Xorvatiya çempionatında VIII tura start verilib.
Sportal.az xəbər verir ki. Azərbaycan millisinin üzvü mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" doğma meydanda "Riyeka"nı qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 25 yaşlı hücumçu 77-ci dəqiqədə Dario Spikiçin əvəzinə meydana daxil olub.
Xallarını 22-yə yüksəldən "Dinamo" liderliyini davam etdirir. Ante Çaçiçin yetirmələri ən yaxın izləyicisi olan "Slaven"i hazırda 8 xal qabaqlayır.
saytlarin hazirlanmasi