Türkiyənin "Sivasspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Fatih Karagümrük"dən ayrılan Ahmed Musanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sivas təmsilçisi nigeriyalı vingerlə 2 illik müqavilə imzalayıb.
Ahmed Musa 2021-ci ilin yayından "Fatih Karagümrük"də çıxış edirdi. 29 yaşlı futbolçu İstanbul klubunun heyətində meydana çıxdığı 37 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
