"Qarabağ"ın rəqibi ingiltərəli vinger transfer etdi

21:04 - 3 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, Yunanıstan klubu "Nottingem Forest"dən Coş Bouleri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

29 yaşlı ingiltərəli vinger 2022/2023 mövsümünü icarə əsasında "Olimpiakos"un heyətində keçirəcək.

 

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Xəbər xətti