"Sevilya"nın baş məşqçisi Yulen Lopeteqi Primeronun 4-cü turunun "Barselona" ilə matçından sonra "Marca"ya danışıb.
Sportal.az xəbər verir ki, Əndəlusiya təmsilçisinin çalışdırıcısı məğlub olduqları görüşü belə dəyərləndirib:
"Oyunun əvvəllərində yaxşı idik. Üç real qol epizodu yaratdıq. Amma heç birindən istifadə etmək mümkün olmadı. "Barselona" isə potensialını ortaya qoydu. Buna baxmayaraq biz mübarizə aparmaqdan yorulmadıq. Əslində, meydana bir çox yaxşı elementlər göstərdik. Müdafiədəki səhvlərimizi aradan qaldırmalıyıq".
