Dadaşovun komandası səfərdə qalib gəldi

13:18 - 4 Sentyabr 2022

Almaniyanın Qərb Regional Liqasında 7-ci turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Şalke-2" növbəti görüşünə çıxıb.

Helzenkirhen təmsilçisi "Oberhauzen"lə üz-üzə gəlib. Dadaşovun komandası 3:1 hesabı ilə qalib gəlib.

Meydana start heyətində çıxan Rüfət sona qədər meydanda olub.

"Şalke-2" 7 turdan sonra 10 xalla 8-ci pillədədi. 

Xəbər xətti