Yaşar Vahabzadə ilə yollarını ayıran "Kəpəz"in baş məşqçi postuna Tərlan Əhmədovun gətiriləcəyi ilə bağlı xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, Əhmədovun Gəncə klubundakı köməkçilərindən birinin də adı dəqiqləşib.
Belə ki, əvvəllər "Neftçi" və "Qarabağ"da çalışmış Ədahim Niftəliyev də Tərlan Əhmədova kömək olacaq. Onunla yanaşı isə Vidadi Rzayev və Ceyhun Tarverdiyev də "Kəpəz"in əsas komandasında köməkçi məşqçi funksiyalarını yerinə yetirəcək.
