"Napoli"nin baş məşqçisi Luçano Spaletti İtaliya A seriyasının 5-ci turunun "Latsio" ilə görüşünü şərh edib.
Sportal.az xəbər verir ki, "DAZN"a danışan Spaletti komandasının evdəki 2:1 hesablı qələbəsi barədə bunları deyib:
"Güclü rəqibə qarşı çətin oyun keçirdik. Zəif startdan sonra oyunun kontrolu bizim tərəfimizə keçdik. Bundan da razıyam. Xviça Kvaratsxeliya oyunun gedişində texniki sarıdan çox yaxşıdı, birəbirdə də güclüdü. O, topu özündə əla saxlayır. Xviça yaxşı oğlandı və yüksək səviyyəli futbolçudu".
