"Çelsi"dən ayrılan futbolçu Fransaya getdi

12:07 - 5 Sentyabr 2022

"Çelsi"dən ayrılan Ross Barklinin yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Fransada davam etdirəcək. İngiltərə millisinin keçmiş üzvü "Nitsa" klubu ilə anlaşıb.

 

Liqa 1 təmsilçisi təcrübəli futbolçu ilə imzalanan müqavilənin müddətini açıqlamayıb.

 

Qeyd edək ki, Ross Barkli "Çelsi"yə 2018-ci ildə "Everton"dan transfer olunmuşdu. İngilis yarımmüdafiəçi "zadəganlar"ın heyətində meydana çıxdığı 100 rəsmi matçda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti