Dieqo Kosta yenidən İngiltərə Premyer Liqasında oynaya bilər.
Sportal.az xəbər verir ki, 33 yaşlı forvard "Vulverhempton"la şifahi razılıq əldə edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
İspaniya millisinin sabiq üzvü bu həftə tibbi müayinədən keçmək üçün İngiltərəyə gedəcək. Azad agent statusunda olan təcrübəli qolçu müayinədən keçə bilsə, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, son klubu Braziliya "Atletiko"su olan Dieqo Kosta 2014-2018-ci illərdə "Çelsi"də oynayıb.
saytlarin hazirlanmasi
