Fequlinin yeni komandası müəyyənləşir

13:57 - 5 Sentyabr 2022

Yayda "Qalatasaray"dan ayrılan Sofian Fequlinin yeni komandası müəyyənləşmək üzrədir.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı vinger karyerasını Səudiyyə Ərəbitanında davam etdirməyə çox yaxındır. Bu barədə ərəb mətbuatı məlumat yayıb.

 

Əlcəzairli futbolçunun yaxın günlərdə "Əl Əhli" ilə müqavilə imzalayacağı bildirilir.

 

Qeyd edək ki, Sofian Fequli 2017-2022-ci illərdə "Qalatasaray"da çıxış edib. Təcrübəli oyunçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 162 matçda 34 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti