"Frayburq"un zədələnən futbolçusu "Qarabağ"a qarşı oynamaq istəyir

17:09 - 5 Sentyabr 2022

Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqibi olan "Frayburq"un futbolçusu Rolan Şallayın ilk turda meydana çıxa biləcək.

Sportal.az "ORIGO"ya istinadən xəbər verir ki, macarıstanlı Bundesliqasının "Bayer"lə (3:2) görüşündə zədələnmişdi.

Atası Şallayın yanaq sümüyündə sınıq olduğunu bildirib. Buna baxmayaraq onun əhvalının qaydasında olduğunu da söyləyib: "Ailə olaraq televizorda gördüklərimizdən dəhşətə gəldik. Onunla uzun müddət əlaqə saxlaya bilmədiyimizə görə, narahat oldum. Gecə yarısından sonra onunla danışa bildik. Şallayın əhvalı pis deyildi və xoşbəxtlikdən beyin silkəsi də olmamışdı. Yanaq sümüyünün bir parçasının sındığı məlum olub, lakin əməliyyata ehtiyacı duyulmayıb. Gözləri də bütöv görünür, baxmayaraq ki, o, yalnız əli ilə sol göz qapağını qaldıra bilir. Yaxın günlərdə onu yeni çağırışlar gözləyir. Vəziyyət ilk baxışda göründüyü qədər ciddi deyilmiş".

Macarıstan millisinin də formasını geyinən futbolçu dünən xəstəxanadan evə buraxılıb və atasının sözlərinə görə, cümə axşamı "Qarabağ"a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin oyununda meydana çıxmaq niyyətindədi.

Mirbağırağa

 

Xəbər xətti