"Leypziq" rəhbərliyi Domeniko Tedeskonu istefaya göndərməyə hazırlaşır.
Sportal.az "Fussball Transfers"ə istinadən xəbər verir ki, Almaniya klubunun rəhbərliyi komandanın nəticələrindən narazı olduğuna görə bu addımı atmaq niyyətindədi.
Yaxın günlərdə Tedesko ilə müqaviləyə xitam veriləcək. Beş turdan sonra "Leypziq" 5 xalla 11-ci pillədədi.
