Yığmamızın futbolçusu oynamadı, komandası uduzdu

20:33 - 5 Sentyabr 2022

Ukrayna Premyer Liqasında üçüncü turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya" növbəti görüşünə çıxıb.

Mustafayevin komandası "Metallist"lə (Xarkov) oynayıb. Matç xarkovluların 1:3 hesablı qələbəsi ilə başa çatıb.

U-21 yığmamızın üzvü bu matçın iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.

"Aleksandriya" üç turdan sonra 6 xalla 6-cı pillədədi.

Xəbər xətti