"Qarabağ"ın rəqibi heyətini açıqladı: erməni futbolçu Bakıya gəlməyəcək - SİYAHI

22:14 - 5 Sentyabr 2022

“Qarabağ”ın Avropa Liqasının G qrupundakı rəqiblərindən biri də “Nant”dı.

Sportal.az xəbər verir ki, Fransa kubokunun son qalibi AL-in qrup oyunları üçün artıq sifariş ərizəsini UEFA-ya göndərib. Baş məşqçi Antuan Kombuare 24 futbolçuya yer verib. “Qarabağ”la oyun üçün Bakıya gətirilib-gətirilməyəcəyi maraqla gözlənilən Fransa klubunun futbolçusu Qor Manvelyanın adı siyahıya daxil edilməyib.

Qapıçılar: Alban Lafont, Remi Deskan, Denis Petriç

Müdafiəçirilər: Fabio, Andrej Jirotto, Nikolya Pallua, Dennis Appia, Jan-Şarl Kastelletto, Roban Vuazin, Sebastyan Korşya, Kenten Merlen, Şarl Traore

Yarımmüdafiəçilər: Pedro Çirivelya, Samuel Mutussami, Ludovik Blya, Mussa Sissoko, Mohame Açi, Loann Duse

Hücumçular: Evann Hessan, Markyus Koko, Aqnatius Kpene-Qanaqo, Mauzes Sayman, Mostafa Mohammed, Abdul-Kader Bama

Baş məşqçi: Antuan Kombuare

Xatırladaq ki, "Qarabağ" "Nantı"ı sentyabrın 15-də Bakıda qəbul edəcək. İkinci görüş isə oktyabrın 27-də Fransada keçiriləcək.

Xəbər xətti