Cabbarov Slovakiyaya yollanır

11:25 - 6 Sentyabr 2022

Azərbaycanlı FİFA referisi Rauf Cabbarov UEFA-dan növbəti dəfə təyinat alıb.

Sportal.az xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsində "Slovan" (Bratislava, Slovakiya) -  "Jalqris" (Litva) qarşılaşmasının referisi olacaq. Cabbarova yan xətt hakimləri qismində Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Xəbər xətti