Avropa Liqasının G qrupunda mübarizə aparan "Qarabağ"ın ilk turda "Frayburq"a qarşı keçirəcəyi matçının hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, görüşü Belçikadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Erik Lambrextsdi. Ona yan xətt hakimləri qismində Co de Ueyrdt və Matias Hillaert köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Uim Smet yerinə yetirəcək.
"Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də Almaniyada keçiriləcək və görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.
