Ağayev Avropa Liqasının oyununa təyinat aldı

13:01 - 6 Sentyabr 2022

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-an növbəti dəfə təyinat alıb.

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində “Ştrum” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) qarşılaşmasının referisi olacaq. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Sentyabrın 8-i Avstriyada keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti