CAS İbrahimovla bağlı qərarını yenə təxirə saldı

13:17 - 6 Sentyabr 2022

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenə təxirə salıb.

Sportal.az xəbər verir ki, İbrahimovun vəkili Fərid Haqverdiyev sosial şəbəkədə bu barədə yazıb.

Haqverdiyevin verdiyi məlumata görə, CAS qərarını oktyabrın 13-də açıqlayacaq.

Xatırladaq ki, İbrahimov 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılmışdı. 

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın sabiq rəsmisinin şikayəti ilə bağlı qərarını 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Amma artıq neçənci dəfədir ki, qurum qərarını açıqlamayaraq, prosesi təxirə salır.

Xəbər xətti