"Beşiktaş" İngiltərə millisinin üzvü ilə anlaşdı

13:34 - 6 Sentyabr 2022

"Beşiktaş" "Sauthempton"un futbolçusu Natan Redmondu transfer etməyə hazırlaşır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartal"ın rəsmiləri bir müddətdir onunla danışıq aparır və futbolçunun razılığını alıblar. 

Vinger "Beşiktaş"da bir illik icarə əsasında oynayacaq. 

28 yaşlı futbolçu “Birmingem”, “Norviç”də oynadıqdan sonra 2016-cı ildə “Southempton”a keçmişdi.

O, 2017-ci ildə İngiltərə millisində debüt edib.

Xəbər xətti