Azərbaycan yığmasında oynamış futbolçu Türkiyədə klubunu dəyişdi - FOTO

15:11 - 6 Sentyabr 2022

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasında oynamış Emre Yıldırım "Denizlispor"dan ayrılıb.

Sportal.az xəbər verir ki, müdafiəçi "Gümüşhanespor"da icarə əsasında çıxış edəcək.

20 yaşlı futbolçu üçüncü liqa klubuna bir illik icarəyə verilib. 

Emre mövsüm sonunda "Denizlispor"a qayıdacaq.

Xəbər xətti