Bu yay "Beşiktaş"dan "Torino"ya keçən Emirhan İlkhan İtaliya klubunun tarixinə düşüb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli futbolçu İtaliya A Seriyasının 4-cü turunda "Leççe" önünə start heyətində meydana çıxıb.
İlkhan Turin təmsilçisinin əsas heyətdə meydana çıxan ən gənc futbolçusu kimi tarixə düşüb. Həmin gün türkiyəli 18 yaş 96 günlüyündə olub.
