İspaniyanın "Selta" klubundan ayrılan Nolitonun yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 35 yaşlı forvard karyerasının La Liqa 2-də davam etdirəcək. Təcrübəli hücumçu "İbitsa" klubu ilə 2024-cü ilin yayına kimi nəzərdə tutulan sözləşməyə qol çəkib.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü olan Nolito karyerası ərzində "Benfika", "Qranada", "Mançester Siti", "Sevilya" kimi klublarda oynayıb. O, son mövsümdə "Selta"nın heyətində meydana çıxdığı 35 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
