Almaniyanın "Frayburq" klubunun kapitanı Kristian Günter Avropa Liqasının G qrupundakı rəqibləri olan "Qarabağ", "Olimpiakos" və "Nant" klubları haqda qısa danışıb.
Sportal.az "SportPress24"ə istinadən xəbər verir ki, təcrübəli futbolçu Ağdam klubunun avrokuboklardakı nəticələrindən xəbərdar olduqlarını deyib:
"Əlbəttə, Pireydəki möhtəşəm atmosfer haqda eşitmişəm. Həmçinin komandamızdakı fransız futbolçular Nantdakı spesifik ab-havadan da danışıblar. Düşünürəm ki, bu komandalar bərabər səviyyədədir.
“Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələsindəki əla nəticələrindən xəbərimiz var. Komandalar və azarkeşlər üçün maraqlı qrupdu".
