"Başakşehir"in futbolçusu Naser Çadli karyerasını vətənində davam etdirəcək.
Sportal.az xəbər verir ki, 33 yaşlı vinger "Verterlo" klubuna keçib. Təcrübəli futbolçu 2022/2023 mövsümünü icarə əsasında bu komandanın heyətində çıxış edəcək.
Qeyd edək ki, Naser Çadli "Başakşehir"ə 2020-ci ilin yayında "Monako"dan transfer olunub. Belçika millisinin üzvü İstanbul klubunun heyətində meydana çıxdığı 51 matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
