"Girəsunspor" rəhbərliyi "Boka Xuniors"un futbolçusunu heyətə cəlb edib.
Sportal.az xəbər verir ki, Superliqa təmsilçisi Yorman Kampusano icarəyə götürüb.
"Boka Xuniors"la anlaşmaya əsasən Kampusano mövsüm sonuna qədər icarə əsasında Qaradəniz klubunda oynayacaq.
Kolumbiya millisinin 26 yaşlı üzvü 2019-cu ildən “Boka Xuniors”da oynayır. O, əvvəllər "Deportivo Pereyra" və "Atletiko Nasyonol"da da çıxış edib.
