Azərbaycan millisinin Ukrayna sınağı

12:04 - 7 Sentyabr 2022

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda Ukrayna yığması ilə qarşılaşacaq.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın Kalyari şəhərində keçiriləcək qarşılaşma sentyabrın 8-də, Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

​İkinci seçmə mərhələnin son oyunundan sonra millimiz Superfinalda mübarizəyə başlayacaq. Sentyabrın 9-da keçiriləcək püşkatma ilə Superfinaldakı rəqiblərimiz məlum olacaq.

Xəbər xətti